Xoşbəxtlik və sevgi ən çox zəhmət çəkənə qismət olur. - Leonardo da Vinçi
Ürəyi gözəl olanın, qisməti də gözəl olar..
Qismət, səni harada olsa axtarıb tapar. - Toy yeməyi (film)
Gözəllik baş tacıdır, hər adama qismət olmaz.
-Atalar Sözü
Sevgilim mən Sənin adını ürəyimə yazmışam.
Allahdan tək diləyim adımı anlıma yazsın.
Elçi çox olar, qismət bir. - Atalar sözü
Əsla sahib olmadığın şeylər üçün üzülmə. Əgər qismətində varsa, onlar özü heç gözləmədiyin bir anda gəlib səni tapar.
"Allah xeyirlisini nəsib etsin" deməli. Çünki, biz bilmərik bəzən nəyin xeyir, şər olduğunu...
Allah bilər biz bilmərik..
Biz olmasa belə qismət deyib, xoşbəxt qalmağı bacaranlardanıq...
Qismətə yox, zəhmətə ümid ol.
- Qırğız atalar sözü
-
Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür. - Xəlil Cübran
Allahım bizlərə dəyişə biləcəyimiz işləri dəyişməyə cəsarət, dəyişə bilməyəcəyimiz işləri qəbul edəcək səbr və bunları bir birindən ayıracaq ağılı ver.
Başa düşülmək bir nemətdir. Səni başa düşəcək insanla qarşılaşmaq isə böyük bir qismət..- Sədi Şirazi
İrəliyə baxaraq nöqtələri birləşdirə bilməzsiniz; bunu yalnız geriyə baxaraq edə bilərsiniz. Buna görə nöqtələrin gələcəkdə hansısa bir yolla birləşəcəyinə güvənməlisiniz. İstəsəniz qismət deyin, istəsəniz təsadüf, nəticədə bir şeyə güvənməlisiniz. Bu yanaşma məni heç bir zaman yarı yolda qoymadı. Həyatımın dəyişməsi bununla bağlı idi. - Stiv Cobs
Sevgi ancaq işıqlı adamların qismətidir. Qara qəlblər işıqdan qorxur. - Dədə Turxan
Fələkin işinə bax, birinə qismət, birinə nisbət verir. - Atalar sözü
İnsan ona bəxş edilmiş ömrü heç vaxt tam yaşamır. Ömür qismətin ancaq bir qismidir.
- Dədə Turxan
Hər həyat bir tablodur. Valideynlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, Cəmiyyət rəngini verir. Çəkmək isə bizim öhdəmizdədir. - Rövşən Abdullaoğlu
No comments:
Post a Comment