Friday, March 25, 2022

Həyata aid mənalı şeirlər

Həyata aid mənalı şeirlər toplusu

Həyata aid mənalı şeirlər toplusu

“Həyatın mənası” şeiri

Deyin, yaşamağın mənası nədir,

Nəyinsə eşqiylə vurmursa ürək?

Mənimçün o ömür bir əfsanədir,

Hardasa, kiməsə olmursa gərək.


Çox da ömür sürür üç yüz il qarğa,

Bayquşun şərqisi kimə gərəkdir?

Qiymətli olsa da hər inci sırğa,

Başqa mənası yox, yalnız bəzəkdir.


Niyə yaşayırsan, söylə,nə üçün,

Sovurmaq üçünmü ömrünü bada?

Yaşayan öləcək onsuz da bir gün,

Əməli qalacaq yalnız dünyada.


Heç zaman can atma şöhrətə, ada.,

Sürünmə parlayan hər cür daş - qaşa!

Ömrün bu dünyada qısa olsa da,

Sən qısa ömrünü şərəflə yaşa!

Müəllif: Eldar Həsrət

Dostluq Haqqında Esse

 Dostluq Haqqında Esse Dostluq, insan münasibətlərinin ən gözəl və dərin formalarından biridir. Bu, yalnız bir-birinə yaxın olan iki insanın...